Modern.az

Ülvi Quliyev seçicilərinin problemlərini dinlədi - FOTO

Ülvi Quliyev seçicilərinin problemlərini dinlədi - FOTO

Aktual

27 İyun 2018, 19:28

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev parlamentdə seçiciləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib, onların problemlərini dinləyib.

 

Millət vəkili 21 nəfər seçicinin iştirak etdiyi görüşdə ona ünvanlanan sualları cavablandırıb.

 

Ünvanlanan müraciətlər arasında əsasən iş, sosial, təhsil və s. kimi məsələlər üstünlük təşkil edib. Yeddi məsələ yerindəcə həll edilib, digər məsələlər isə nəzarətə götürülüb.

 

Ü.Quliyev seçicilərin problemlərinin həlli üçün aidiyyatı qurumlara müraciət ediləcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir