İsveçrənin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Konfederasiyasının yaranması günü münasibətilə rəsmi qəbul təşkil edib. Modern.az xəbər verir ki, qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder qəbulda çıxış edərək ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Bu il Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd etdiyini bildirən səfir ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edib.
Səfir hər iki ölkənin prezidentlərinin görüşü əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov tədbirdə çıxış edərək əlamətdar bayram münasibətilə İsveçrə xalqını Azərbaycan hökuməti adından təbrik edib. O, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini bildirib, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.