Modern.az

Bu il 21 nəfər dərmandan zəhərlənib

Bu il 21 nəfər dərmandan zəhərlənib

Aktual

27 İyun 2018, 22:25

Bu ilin əvvəlindən indiyədək dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı 21 nəfər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib. Modern.az xəbər verir ki, bunu “Trend”ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

 

Onun sözlərinə görə, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir".

 

A.Maqsudov qeyd edib ki, bu ilin aprel ayından indiyədək 37 nəfər dəm qazından, 3 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Ölüm halları qeydə alınmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır