Modern.az

Yüzlərlə insan Bakıya piyada gəldi – SƏBƏB

Yüzlərlə insan Bakıya piyada gəldi – SƏBƏB

Aktual

27 İyun 2018, 23:14

Bu gün axşam satlarında yüzlərlə insan Bakıya piyada gəlib. Modern.az xəbər verir ki, buna səbəb Bakı-Sumqayıt yolunda yaranan uzun tıxac olub. Eyni zamanda yüzlərlə insan da Bakıda ətraf qəsəbələrə piyada gedib.

Belə ki, təmir işlərinin aparılması səbəbindən Bakıdan Sumqayıta aparan yol bağlanıb. Həmin yolun bağlanması “Şamaxinka” ərazisində yolların əlavə yüklənməsinə səbəb olub. Ərazidə avtomobillərin nizamsız hərəkəti isə həm paytaxta çıxışı, həm də girişi mümkünsüz edib. Saatlarla yollarda qalan sərnişinlər sonda çıxış yolunu piyada mənzil başına getməkdə görüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir