Modern.az

Dünya Çempionatı-2018: Braziliya və İsveçrə 1/8 finalda

Dünya Çempionatı-2018: Braziliya və İsveçrə 1/8 finalda

Aktual

28 İyun 2018, 00:09

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, “E” qrupunda Serbiya-Braziliya və İsveçrə–Kosta-Rika oyunları baş tutub.

 

Daha böyük maraq kəsb edən Serbiya - Braziliya matçında hesab 36-cı dəqiqədə açılıb. Paulinyo vurduğu gözəl qolla Braziliyanı hesabda önə çıxarıb. Oyunun 68-ci dəqidəsində idə Tyaqo Silva Braziliyanın ikinci qolunu vurub.

 

İsveçrə–Kosta-Rika  oyununda isə hesab 31-ci dəqiqədə açılıb. İsveçrənin oyunçusu Cemaili  fərqlənib. 56-cı dəqiqədə isə Uaston Kosta-Rikanın bərabərlik qolunu vurub. 88-ci dəqiqədə Drmiç  İsveçrənin 2-ci qolunu vursa da, Kosta-Rika 90+3-cü dəqiqədə hesabı bərabərləşdirə bilib.

Beləliklə, Braziliya və İsveçrə milli komandaları da 1/8 finala vəsiqə qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı