Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Modern.az xəbər verir ki, bu gün daha 4 oyun keçiriləcək. Nəticədə bütün 1/8 finalçılar müəyyənləşəcək.
Əvvəlcə H qrupunda Yaponiya və Polşa milliləri üz-üzə gələcək. Polşa millisinin pley-off şansı olmasa da, yaponlar qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.
Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir.
G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq.
Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq.
28 iyun
III tur
H qrupu
18:00. Yaponiya - Polşa
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"
18:00. Seneqal - Kolumbiya
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"
| 1. | Yaponiya | 2 | 1 | 1 | 0 | 4:3 | 4 |
| 2. | Seneqal | 2 | 1 | 1 | 0 | 4:3 | 4 |
| 3. | Kolumbiya | 2 | 1 | 0 | 1 | 4:2 | 3 |
| 4. | Polşa | 2 | 0 | 0 | 2 | 1:5 | 0 |
G qrupu
22:00. İngiltərə - Belçika
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu
22:00. Panama - Tunis
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"
|
| |||||||
| 1. | İngiltərə | 2 | 2 | 0 | 0 | 8:2 | 6 |
| 2. | Belçika | 2 | 2 | 0 | 0 | 8:2 | 6 |
| 3. | Tunis | 2 | 0 | 0 | 2 | 3:7 | 0 |
| 4. | Panama | 2 | 0 | 0 | 2 | 1:9 | 0 |