Modern.az

Bakıda qeyri-adi musiqilərdən ibarət konsert veriləcək  

Bakıda qeyri-adi musiqilərdən ibarət konsert veriləcək   

Aktual

28 İyun 2018, 10:38

İyunun 30-da Bakıda qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq. Təşkilatçıların Modern.az-a verdiyi məlumata görə, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq. 

Sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir:

“Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər. Ruhunuza bu hədiyyəni bəxş edin!”. 

Konsertdə Yogaddin (Vocal , Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə  (Back vocal), Fidan (Piano) çıxış edəcəklər. 

Konsert saat  17:00 “ETUD Cafe&Bar”da təşkil olunacaq.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir