Modern.az

Sumqayıtda oğul atasını öldürüb dənizə atdı

Sumqayıtda oğul atasını öldürüb dənizə atdı

Aktual

28 İyun 2018, 11:34

Sumqayıtda törədilən qətlin üstü açılıb.

Modern.az bildirir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində dənizdən üzərində xəsarəti olan kişi meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərov olması müəyyənləşib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, is üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun oğlu İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir