Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı, ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkar edilib. Araşdırma zamanı tullantıları Goranboy rayon sakini Baris Mövlayev tərəfindən yandırıldığı məlum olub.