Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Aktual

28 İyun 2018, 12:20

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı, həmin şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiətilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada tibbi müayinə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir bükümdə olmaqla, xalis çəkisi 2,712 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı