Modern.az

Ərdoğanın yeni prezident kimi ilk səfəri Şimali Kiprə və Azərbaycana olacaq

Ərdoğanın yeni prezident kimi ilk səfəri Şimali Kiprə və Azərbaycana olacaq

Aktual

28 İyun 2018, 13:33

Rəcəb Tayyib Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk Prezidenti kimi birinci rəsmi səfəri Şimali Kiprə və Azərbaycana olacaq.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın Şimali Kiprə və Azərbaycana səfəri iyulda planlaşdırılan inauqurasiyadan sonra baş tutacaq.

Ərdoğanın inauqurasiya mərasiminin dəqiq tarixi barədə hələ məlumat verilmir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!