Modern.az

Sabirabadda 7 ay əvvəl vurulan piyada ölüb

Sabirabadda 7 ay əvvəl vurulan piyada ölüb

Aktual

28 İyun 2018, 15:15

Sabirabadda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

DİN-dən Modern.az-a verilən məlumata görə, 2017-ci ilin noyabr ayının 26-da Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “QAZ-3302” markalı avtomobillə Nəsimi kənd sakini Bilal Hadıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Hadıyev iyunun 27-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir