Modern.az

Azərbaycanlı deputat AŞPA komitəsinin məruzəçisi seçildi

Azərbaycanlı deputat AŞPA komitəsinin məruzəçisi seçildi

Aktual

28 İyun 2018, 15:38

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.

Modern.az-ın xəbərinə görə, iclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır