Modern.az

Yol qəzası: 2 uşaq öldü

Yol qəzası: 2 uşaq öldü

Aktual

28 İyun 2018, 17:08

Rusiya Federasiyası Dağıstan respublikasının Babayurt rayonunda ağır yol qəza hadisəsi baş verib.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, mikroavtobusun iki minik avtomobili ilə toqquşması nəticəsində iki uşaq həyatını itirib.

Yol qəzası nəticəsində daha 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

 

“”R-217 Qafqaz” federal yolunun 417-ci kilometrində mikroavtobusla iki minik avtomobilinin toqquşub. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan iki uşaq həyatını itirib, qalan altı nəfər xəstəxanaya çatdırılıb” – Dağıstan respublikasının Fövqəladə hallar xidmətindəki mənbədən nəşrə bildirilib.

Qəzanın səbəbi araşdırılır.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı