2 il bundan qabaq İctimai televiziyanın əməkdaşı, prodüser –rejissor Minarə Əsgərova ağır beyin əməliyyatı keçirmişdi. İki dəfə əməliyyat olunan xanım prodüser yenidən ictimai həyata atılıb.
Minarə Əsgərova Modern.az-a açıqlamasında bunları deyib.
“2 il bundan qabaq səhhətimdə ağır problem yaşamalı oldum. Həmin vaxtlarda Modern.az saytı mənə mənəvi dəstək oldu. Şükürlər olsun ki, indi səhhətim düzəlib. Artıq İctimai televiziyadakı işimin başındayam. Bu gün həm də doğum günümdür. 2 ildən sonra doğum günümü iş yoldaşlarımla birgə keçirirəm. İctimai televiziyanın elm və təhsil departamenti mənə sürpriz də ediblər. Bütün sənət dostlarıma, iş yoldaşlarıma, mətbuat nümayəndələrinə “çox sağ olun” deyirəm. Sizin diqqətiniz olmasaydı mən də ayaqda dura bilməzdim. Üzümü xəstəliklə mübarizə aparan insanlara tuturam. Xəstəlikdən qorxmayın! İradəli olun. İnanın ki, iradəli olsanız mənim kimi ağır xəstəliyə qalib gəlib işinizin, ailənizin, uşaqlarınızın yanına dönə bilərsiz”
Modern.az