Modern.az

"Edam günü" filmi beynəlxaql festivalda qələbə qazandı

"Edam günü" filmi beynəlxaql festivalda qələbə qazandı

Aktual

28 İyun 2018, 17:47

Azərbaycanda istehsalı 2016-cı ildən başlayan "Edam günü" tammetrajlı bədi filmi psixoloji  triller janrındadır və bu yaxınlarda postprodakşın mərhələsi yekunlaşıb. Film həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim edilib.

Bu haqda Modern.az-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Ssenari müəllifinin sözlərinə görə, filmə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq. 

"Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq”.

Qeyd edək ki, "Edam günü" psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Müəllif həbsxana mövzusuna iki əks qütbün ziddiyyəti kontekstindən baxaraq, orijinal yanaşma təqdim etmiş olur.

Filmdə baş rollarda Rövşən Kərimduxt,  Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı  95 dəqiqədir.

Beynəlxalq film festivalları, həmçinin beynəlxalq film marketlərinə təqdimat 2018-ci ilin sonlarına qədər davam edəcək. Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu:

-         Los Angeles CineFest (ABŞ)

-         Slumberjack Film Festival (Böyük Britaniya)

-         Barcelona Planet Film Festival (Ispaniya)

Buradakı ssenari Rusiyada, Azərbaycanda, ümumiyyətlə keçmiş SSRİ məkanında yaşamış 10-15 nəfərin həyatından, yaşadıqları hadisələrdən götürülüb.

Filmlə bağlı qısa arayış:

Film 1970-80-ci illərdə ölüm hökmü almış bir gəncin həyatından bəhs edir. Filmin qəhrəmanı hələ uşaq yaşlarında olarkən idman müəllimi onun istedadlı bir idmançı ola biləcəyini xəbər verir və bu işlə davamlı məşğul olmağı tövsiyə edir. Gənc müəllimin məsləhətinə qulaq asmır: “Mənim artıq əlim qana batıb. Geriyə yol yoxdur”- deyir və kriminal aləmdə çox yüksək pilləyə yüksəlir. O, həmin pillədən dönüb geriyə baxanda “Kaş ki, geriyə qayıdıb müəllimimin məsləhətinə qulaq assaydım, bu çirkaba bulaşmayaydım” - deyə fikirləşir.

Söhbət “AkulaAkif” adlanan avtoritetdən gedir. Akif hələ 24 il əvvəl həbsxanaya düşməzdən qabaq Bağırov adlı bir zabitlə (leytenant) aralarında konfilikt olur və 24 il sonra onlar yenidən rastlaşırlar. Artıq həmin leytenant mayor rütbəsində 5-ci korpusun rəisidir, Akifə isə ölüm hökmü verilib…

“Edama məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları göstərmişik. Filmin ssenarisini yazarkən Bayıl türməsinin SSRİ dövründə işlənmiş işçiləri ilə görüşüb maraqlı məlumatlar toplamışıq”, - ssenari müəllifi bildirib.


C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı tapıb üzə çıxarmaq, qabiliyyətini gənclərə aşılamaqdır.

“Hər bir insanın (gəncin) içərisində bir istedad, qabiliyyət yatır. Kimidə bu qabiliyyət elmə, kimidə idmana, kimidə də sənətə və s. yönləndirilməlidir. Yoxsa hər bir gəncin taleyi filmdəki bu “qəhrəmanın” taleyi kimi olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir