Modern.az

Azərbaycanda iqtisadi amnistiya mexanizmi yaradılacaq

Azərbaycanda iqtisadi amnistiya mexanizmi yaradılacaq

Aktual

28 İyun 2018, 22:13

Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq. Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Həmçinin, Azərbaycanda üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarət gücləndiriləcək.

 

Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, dekabrın 1-lək gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi,  aşağı risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanlarının sadələşdirilmiş gömrük prosedurları müəyyən etməsi, idxal-ixrac əməliyyatları zamanı riskli xarici iqtisadi fəaliyyət iştirakçılarının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi təmin olunacaq. Eyni zamanda ölkə ərazisinə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malları sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin anbarlarına daşıyıcının çatdırması prosesinə nəzarət prosedurlarının müəyyən edilməsi, idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, fiziki şəxslərin malları güzəştli qaydada gömrük sərhədindən keçirməsinə nəzarətin təkmilləşdirilməsi həyata keçiriləcək.

 

Bu məqsədlə aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, habelə “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın hazırlanaraq Azərbaycan prezidentinə təqdim ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir