Modern.az

Dünya Çempionatı-2018: 1/8 finalın son cütlüyü Belçika və İngiltərə oldu

Dünya Çempionatı-2018: 1/8 finalın son cütlüyü Belçika və İngiltərə oldu

Aktual

29 İyun 2018, 00:05

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun son oyunları keçirilib. Modern.az xəbər verir ki, “G” qrupunda İngiltərə-Belçika, Panama-Tunis oyunları baş tutub.

 

İngiltərə-Belçika yaşıl meydana qrup liderliyi uğrunda mübarizə üçün çıxmışdı. İlk dəqiqələrdən daha əzmli oyun keçirən Belçika 51-ci dəqiqədə hesabı açıb. Adnan Yanuzayın vurduğu qol oyunda yeganə olub. Beləliklə, 1:0 hesabı ilə qalib gələn Belçika qrup lideri kimi  1/8 finala çıxıb.

 

Panama-Tunis oyununda isə tamaşaçılar 33-cü dəqiqədə qol görüb. Meriah avtoqol müəllifi olaraq Panamanı hesabda önə çıxarıb.  Amma 51-ci dəqiqədə Ben Yussef fərqlənərək hesabı bərabərləşdirib. 66-cı dəqiqədə isə Khazri daha bir qol vuraraq oyunun taleyini həll edib. Oyun Tunisin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbəyə baxmayaraq, qrupdan 1/8 finala Belçika və İngiltərə milli komandaları çıxıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı