"ABŞ prezidenti Donald Tramp ümid edir ki, onun Rusiya prezidenti Vladimir Putin ilə görüşü münasibətlərdə gərginliyi azaldacaq və konstruktiv qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq".
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.
Ağ Evin nümayəndəsi əlavə edib ki, Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmədiyindən əmindir.