Modern.az

Vaşinqtonda 600-ə yaxın etirazçı saxlanıldı

Vaşinqtonda 600-ə yaxın etirazçı saxlanıldı

Aktual

29 İyun 2018, 09:09

ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı 575 nəfər saxlanılıb. Saxlanılanlar qanunsuz etiraz aksiyasında iştirakda günahlandırılır.

 

Bildirilir ki, saxlanılanları sorğu etdikdən sonra cərimələyib evlərinə buraxırlar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-leqal immiqrasiyaya dair "sıfır səbr" siyasəti aparır. D.Tramp həmçinin bir neçə ölkə vətəndaşlarına ABŞ-a girişi qadağan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir