Modern.az

Oqtay Şirəliyevə yeni müavin təyin olunub

Oqtay Şirəliyevə yeni müavin təyin olunub

Aktual

29 İyun 2018, 11:40

Azərbaycan səhiyyə nazirinin yeni müavini təyin olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, müvafiq sərəncamla Rəhim Əliyev səhiyyə nazirinin müavini təyin edilib. O, artıq kollektivə təqdim olunub.

Rəhim Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti idi.

Qeyd edək ki, səhiyyə nazirinin müavinlərindən biri - Abbas Vəlibəyov bir müddət öncə vəfat etdiyindən onun yerinə təyinat olmamaışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır