Modern.az

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - YENİLƏNİB

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - YENİLƏNİB

Aktual

29 İyun 2018, 12:21

Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

 

 

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

 

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2107-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

***

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb. 

 

İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb. 

 

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir