Modern.az

Ankaradan ABŞ-a: “İran ticarət əlaqələrini kəsməyəcək”

Ankaradan ABŞ-a: “İran ticarət əlaqələrini kəsməyəcək”

Aktual

29 İyun 2018, 15:39

Türkiyə tərəfi ABŞ-ın birtərəfli qaydada sanksiyalarına görə İranla ticarət əlaqələrini kəsməyəcək.

 

Modern.az Türkiyənin “NTV” kanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bəyanat verib.

 

O ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli qaydada tətbiq etdiyinə diqqət çəkib.

Nazirin sözlərinə görə əgər ABŞ birtərəfli qaydada qərarlar qəbul edirsə digər dövlətlərin də buna əməl etməli olmağı haqda qayda yoxdur.

 

“Əgər ABŞ müstəqil surətdə qərarlar qəbul edirsə bu, digər dövlətlərin də buna əməl etməli olduqlarını göstərmir. Misal üçün ABŞ birtərəfli qaydada İranla razılaşmadan çıxıb. Amma Avropa Birliyi bunu etməyib. Digər dövlətlər İranla ticarəti kəsdiklərini söyləyə bilərlər, Türkiyə isə bu ölkə ilə ticarət əlaqələrini kəsməyəcək” – Çavuşoğlu bəyan edib.

 

O həmçinin İrandakı vəziyyətin pisləşməsinin regiona da təsirsiz ötüşməyəcəyini bildirib.

 

Çavuşoğlu İranda xaosun hətta Avropa Birliyinə də pis təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını bəyan etdi. Bundan sonra ABŞ tərəfi nəinki razılaşma ilə aradan qaldırılmış sanksiyaların yenidən tətbiqini həmçinin yeni sanksiyalar barədə də xəbərdarlıq edib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir