Fövqəladə Hallar Nazirliyi Bakıda cərimə meydançasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.