Modern.az

Jurnalist İmdad Əlizadənin atasının il mərasimi keçiriləcək  

Jurnalist İmdad Əlizadənin atasının il mərasimi keçiriləcək  

Aktual

29 İyun 2018, 16:50

İyulun 1-də jurnalist İmdad Əlizadənin mərhum atası Əli Əliyevin il mərasimi keçiriləcək.
Modern.az-ın məlumatına görə, mərasim Bakının Yeni Günəşli qəsəbəsində yerləşən laçınlıların mərasim zalında olacaq və həm qadınlar, həm də kişilər üçün saat 11:00-dan başlayacaq.

Mərasim keçirilən yerə metronun “Xalqlar dostluğu” stansiyasının qarşısından 64, “Həzi Aslanov” stansiyasından isə 104 saylı avtobuslarla getmək olar.

Qeyd edək ki, Qarabağ müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün, 1946-cı il təvəllüdlü Əli Əliyevi 2016-cı ilin fevralın 14-də Bakının Ziya Bünyadov prospektində avtomobil vurub. Qəza nəticəsində Ə.Əliyev komaya düşüb. O, 1 il 4 ay 18 gün komada qaldıqdan sonra 2017-ci ildə vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir