Modern.az

"Biz akademiyanın nüfuzunu bir az da yüksəldə bilərik"-  Akif Əlizadə

"Biz akademiyanın nüfuzunu bir az da yüksəldə bilərik"-  Akif Əlizadə

Aktual

29 İyun 2018, 18:10

"Bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir. Biz birgə əməkdaşlıq edərək akademiyanın nüfuzunu bir az da qaldıra bilərik".

Modern.az-ın  məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün yeni tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.

Akademiyanın nüfuzunun yüksəldilməsi üçün alimlər tərəfindən də müəyyən işlərin görülməsini vacib sayan A.Əlizadənin sözlərinə görə, ölkənin gənc nazirləri də akademiya ilə əməkdaşlıq edirlər.

Bunu çox yaxşı hal kimi dəyərləndirən AMEA prezidenti bildirib ki, bu il 1600 bakalavr akademiyada təcrübə keçib:

"Onlar ona görə akademiyanı seçirlər ki, burada təhsilin yüksək səviyyədə olduğunu, alimlərin çalışdığını görürlər. Bu da akademiyanın nüfuzunu göstərir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?