Modern.az

Qazaxda yol qəzasında iki qardaş ağır xəsarət alıb - YENİLƏNİB

Qazaxda yol qəzasında iki qardaş ağır xəsarət alıb - YENİLƏNİB

Aktual

29 İyun 2018, 18:19

Qazax rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Modern.az Reporta istinadən xəbər verir ki, bunlar 1994-cü il təvəllüdlü Qasımlı Dağlar Vuqar oğlu və onun qardaşı Sərdardır.

                        ***

Qazax rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ürkməzli kənd yolunda qeydə alınıb.  

Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, qəzaya düşənlər iki qardaşdır. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir