Modern.az

Siqaret, içki və kosmetika bahalaşacaq

Siqaret, içki və kosmetika bahalaşacaq

Aktual

29 İyun 2018, 18:28

Türkiyə ABŞ-dan idxal edilən 22 malın idxalına 5-70 lirə arasında gömrük vergisi tətbiq edib.

Modern.az xəbər verir ki, içki, bu səbəbdən qonşu dövlətdə siqaret, avtomobil, kağız, düyü, kosmetika məhsulları kimi məhsulların qiymətlərinin bahalaşacağı gözlənilir. 

Türkiyə idxal etdiyi düyünün 26 faizini ABŞ-dan alır. Bundan əlavə, Türkiyədəki siqaret istehsalı mövcud olsa da, idxal reallaşdırır. Bunun da 14 faizi ABŞ-ın payına düşür.

Bəzi rəqəmlərdə bu 20 faiz dəyərləndirilir. Düyü, siqaret və avtomobil idxalının dəyəri 180 milyon dollara çatır. ABŞ-dan avtomobil idxalı isə cəmi 1 faizdən çoxdur. 

Qeyd edək ki, ABŞ-la Avropa Birliyi (AB) arasında başlayan ticarət müharibəsinə Türkiyə sərt vergi artımları ilə daxil olub. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir