Modern.az

Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb

Aktual

29 İyun 2018, 19:19
Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin iyunun 1-nə 22 mlrd. 145,1 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 288,7 mln. manat və ya 69,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından Modern.az-a verilən məlumata görə, eyni zamanda 2018-ci ilin aprel ayı ilə müqayisədə mayda geniş mənada pul kütləsi 25,1 mln. manat və ya 1,11% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 815 mln. manat və ya 8,9% artaraq 2018-ci il iyunun 1-nə 12 599,1 mln. təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir