Modern.az

“İcra başçısını şantaj etməklə...” - Qarabağ qazilərindən müraciət

“İcra başçısını şantaj etməklə...” - Qarabağ qazilərindən müraciət

Aktual

29 İyun 2018, 20:27

Qazax rayonunu ictimaiyyətinin bir qrup üzvü adından Modern.az-a müraciət daxil olub. Müraciəti imzalayanlar rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında bəzi mətbu orqanlarda aparılan sifarişli qarayaxma kampaniyasına etiraz edirlər: “Biz əminliklə bəyan edirik ki, yazılanlar tamamilə böhtan, şantaj xarakterlidir.

 

Guya icra başçısı Rəcəb Babaşovun rayondakı 54 hektar meşə massivini məhv etməsi barədə iddiası da ağ yalandır və müəllifin bulanıq suda balıq tutmaq niyyətindən xəbər verir. Maraqlıdır ki, icra başçısını şantaj etməklə öz çirkin niyyətini həyata keçirməyə nail ola bilməyən şikayətçinin özü də etiraf edərək müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəldiyini bildirir. Yayılan həmin bədnam məqalədə iddia edilir ki, icra başçısı həmin ərazilərdəki ağacları məhv etdirib yerini həyətanı torpaq sahəsi kimi ayrı-ayurı adamlara satır və bu zaman xeyli sayda Qarabağ Qazisinin, şəhid ailəsinin hüququları da pozulub.

 

Tam əminliklə bildirmək istəyirik ki, Azər Məmmədli adlı "şikayətçi" öz qarayaxmasına haqq qazandırmaq və çirkin məqsədlərini həyata keçirmək üçün mətbuat vasitəsi ilə ictimai rəyin diqqətini özünə yönəltmək üçün Qarabağ Qazilərini və Şəhid ailələrinin adından sui-istifadə etməklə çox böyük qəbahətə yol verib. Çünki Rəcəb Babaşov rayona icra başçısı təyin olunduğu gündən ilk növbədə Qarabağ Qazilərinə, Şəhid ailələrinə, imkansız insanlara xüsusi qayğı ilə yanaşıb və tabeçiliyindəki hər kəsə də bununla açıq mesaj vermiş olub ki, onlara xüsusi yanaşma sərgilənsin. Rayonun cəbhə bölgəsi olmasına görə sərhəddəki kəndlərin əhalisinin qayğılarına da həssas yanaşaraq onların güzəranı ilə vaxtaşırı maraqlanır, tez-tez ətraf kəndlərə özü gedərək problemləri yerində dinləyir.

 

Gəlin etiraf edək ki, rayonlarda icra başçılarının əksəriyyəti mətbuatın da vaxtaşırı qınadığı kimi,  özlərini balaca padşahlar kimi aparırlar və sadə vətəndaşlara saymazyana davranış sərgiləyirlər. Hətta bir çox rayonlarda icra başçısının qəbuluna düşmək mümkünsüz hala gəlib. Amma Qazax rayonu bəlkə də Azərbaycanın yeganə rayonudur ki, icra başçısının qəbul günü yoxdur. Yəni istənilən rayon sakini icra hakimiyyətinin binasına gələrək icra başçısı ilə görüş istəyib dərdini, qayğısını şəxsən Rəcəb Babaşovun özünə deyə bilər və dərhal da onun probleminin həllinə göstəriş verilər. Bütün bunlara baxmayaraq hər yerdə olduğu kimi rayonumuzda da yeniliyi, quruculuğu gözü götürməyən şəxslər var və nə yazıq ki, Azər Məmmədli kimi bir şantajçı da Qazaxın taleyinə yazılıb. Amma nahaq yerə deyilməyib ki, haqq nazilər, üzülməz. Şər-böhtanla insanları şantaj edənləri nə qanun, nə Allah bağışlamaz”.

 

 

Məmmədov Kamandar - Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri

Namiq Alıyev - Qarabağ qazisi

Rəhimov Ceyhun  - Qarabağ qazisi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir