Modern.az

Ucarda 21 yaşlı oğlanı avtomobil vurub

Ucarda 21 yaşlı oğlanı avtomobil vurub

Aktual

30 İyun 2018, 09:12

Ucarda piyadanı avtomobil vurub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.  

 

Yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Rauf Tələt oğlu Əmirovu hərəkətdə olan "VAZ 2107" markalı minik maşını vurub.  Piyada ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Ona ilkin tibbi yardım göstərilib, müalicəsini davam etdirmək məqsədilə Bakıdakı  xəstəxanaların birinə göndərilib.  Fakt araşdırılır.   

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir