Modern.az

2 nəfərin öldüyü, 9 nəfərin yaralandığı yol qəzası barədə rəsmi MƏLUMAT

2 nəfərin öldüyü, 9 nəfərin yaralandığı yol qəzası barədə rəsmi MƏLUMAT

Aktual

30 İyun 2018, 12:34

Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunun Tanqıt kəndi ərazisində 2 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, iyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə İ.Əliyev hadisə yerində ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Rəhilə Mikayılova orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir