Modern.az

Ankarada əməliyyat zamanı 58 silah tapıldı

Ankarada əməliyyat zamanı 58 silah tapıldı

Aktual

30 İyun 2018, 12:39

Türkiyənin paytaxtı Ankarada qanunsuz silah ticarəti ilə məşğul olan şəxsin evinə əməliyyat təşkil edilib.

 

Modern.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, ov silahlarının qanunsuz ticarətini edən şəxsin evindən 58 ədəd silah və 239 növdə sursat aşkarlanıb.

 

Polislərin Ankaranın Çankırı prospektindəki evə etdiyi basqın zamanı sənədsiz silah və sursat aşkarlanıb.

Əməliyyat nəticəsində 58 pnevmatik və ov tüfəngi, 239 növdə sursat və 11 ədəd satışı qadağan edilmiş ov tüfəngi aşkarlanıb.

 

Hazırda polis qanunsuz silah alan şəxsləri araşdırır.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır