Modern.az

Bakı-Quba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Aktual

30 İyun 2018, 14:42

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 "Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", deyə məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?