Modern.az

Bu şəhərdə gecə temperatur 50 dərəcəyə çatdı

Bu şəhərdə gecə temperatur 50 dərəcəyə çatdı

Aktual

30 İyun 2018, 15:05

Omanın Kiriyate yaşayış məntəqəsində dünyanın ən yuxarı gecə temperaturu qeydə alınıb.

 

Modern.az "LiveScience" nəşrinə istinadən xəbər verir ki, iyunun 27-nə keçən gecə  havanın temperaturu +50 °С dərəcəyə qədər yüklsəlib.

Gecə yarısı isə temperatur ancaq ki, +42,6 °С dərəcəyə qədər enib ki, bu da gecə yarısı üçün dünyada ən yüksək temperatur kimi tarixə düşüb.

 

Bundan əvvəlki rekord da yenə də Omanda 2011-ci ili iyunun 27-də +41,9 °С dərəcə kimi qeydə alınıb.

Mütəxəssislər havanın yeni rekord göstəricisini Ərəbistan yarımadasındakı yüksək təzyiqli hava kütləsi ilə əlaqələndirir.  Onların fikrincə həmin hava kütlələri Hind okeanındakı rütubətli küləyi regiona buraxmır və nəticədə havanın soyumasının qarşısı alınıb.

 

Qeyd edək ki, 2016-cı ilin iyulunda dünyanın ən qızmar günü Küveytdə qeydə alınıb. Həmin vaxt burada havanın temperaturu +54 °С dərəcə təşkil edib.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir