Ukraynada iyunun 29 və 30-u pis hava şəraiti ilə əlaqədar yaşayış məntəqələri işıqsız qalıb.
Modern.az Ukrayna Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, güclü külək və ildırım ilə əlaqədar 384 yaşayış məntəqəsi işıqsız qalıb.
“İyunun 29-u və 30-u pis hava şəraiti ilə əlaqədar, elektrik xətlərində təhlükəsizlik sistemlərinin işə düşməsi nəticəsində 10 əyalət işıqsız qalıb” – Fövqəladə hallar Xidmətinin yaydığı məlumatda deyilir.
Xidmətdən həmçinin bildirilib ki, güclü külək və ildırımlı hava şəraiti yaşayış məntəqələrinə də təsirsiz ötüşmüyüb. Bəzi ərazilərdə daşqınlar baş verib və evlərə ziyan dəyib. Hazırda Fövqəladə Hallar xidmətinin əməkdaşları fəlakətin zərər vurduğu yerlərdə insanlara yardım edirlər.
Əvəz ZEYNALOV