Modern.az

Türkiyədə portağaldan qeyri-adi fiqurlar - FOTOLAR

Türkiyədə portağaldan qeyri-adi fiqurlar - FOTOLAR

Aktual

30 İyun 2018, 16:04

Türkiyənin Antalya bölgəsində bu il üçüncüsü təşkil edilən portağal festivalında portağallardan müxtəlif fiqurlar düzəldilib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, 3-cü beynəlxalq “Finike portağal festivalı”nda 50 ton portağaldan müxtəlif fiqurlar düzəldilib.

 

Düzəldilən fiqurlar arasında Atatürkün və Türkiyə bayrağının şəkilləri, avtomobil, qatar, panda, gitara, antik teatr və gəmi fiqurları yer alıb.

Portağallar polad konstruksiyanın üzərinə yığılaraq gözəl fiqurlar əldə edilib və Finike mahalının müxtəlif yerlərinə yerləşdirilib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...