Modern.az

Maradona pul qarşılığında azarkeşlik edəcək

Maradona pul qarşılığında azarkeşlik edəcək

Aktual

30 İyun 2018, 16:18

Əfsanəvi Argentinalı hücumçu Diyeqo Maradona Rusiya Fransa-Argentina maçına baxmağa gəlir.

 

Modern.az “Tatar İnform” saytına istinadən xəbər verir ki, Maradona bu matçda iştiraka görə 10 min funt sterlinq əldə edəcək.

 

Məşhur futbolçunun FİFA-nın “əfsanələr proqramı” çərçivəsində oyunda iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, FİFA “əfsanələr proqramı” çərçivəsində hər oyunda komandaların keçmiş məşhur oyunçularından ən azı bir nəfərin iştirakını təmin edir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır