Modern.az

3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib

3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib

Aktual

1 İyul 2018, 14:00

Bu gün 3 saylı Cəbrayıl köçkün düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib. 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.

Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayılrayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər. 

İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü