Modern.az

60 yaşlı kişinin üzərinə qaynar qır töküldü

60 yaşlı kişinin üzərinə qaynar qır töküldü

Aktual

1 İyul 2018, 14:20
Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
 
Modern.az "report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü yerli sakin Şıxəliyev Mirəli Nurəli oğlu evinin damına qır verərkən huşunu itirərək yerə yıxılıb və qaynar qır onun üzərinə dağılıb.
 
Zərərçəkmiş ailəsi tərəfindən ilk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə vəziyyəti ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, M.Şixəliyev sağ bud nahiyəsinin arxa ətrafları və sağ ayaq nahiyəsinin II, III dərəcəli termiki yanığı ilə şöbəyə daxil olub, hazırda onun vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü