Modern.az

"Azərbaycan, Ermənistan və Rusiya qərara gəlmişdi ki, 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın" - Aleksandr Duqin

Aktual

1 İyul 2018, 14:35
"Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır"


"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir". 

Modern.az APA-ya istinadən məlumat verir ki, bunu bu güniyulun 1-də Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin  Cocuq Mərcanlı kəndində  rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib. 

A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...