Modern.az

İtlər üçün otel açılıb - Kaliforniyada  

İtlər üçün otel açılıb - Kaliforniyada   

Aktual

1 İyul 2018, 16:26

Kaliforniyada açılmış yeni oteldə ev heyvanları üçün təqdim edilmiş nömrələrdə veb-kameralar quraşdırılıb ki, sahibləri onları müşahidə edə bilsin.

Modern.az Daily Mail-ə istinadla xəbər verir ki, həmçinin itlərə yorğunluqlarını çıxarmaq üçün idman zalı, rahatlaşdırıcı masaj xidmətləri və palçıq vannaları da təklif olunur.

Həmçinin oteldə heyvanlar üçün səhər yeməyinə yumşaq peçenye, yoqurt, şam yeməyinə isə qızardılmış toyuq, qovrulmuş hinduşka və kartof püresi verilir.

İtlər üçün xüsusi çərəzlər də hazırlanır.

Ən başlıcası oteldə itlər üçün şənlik, toy və ad günü mərasimləri də təşkil etmək mümkündür. Bu oteldə bir gecə qalmaq – 100 dollar təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?