Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb. A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılıb.
22:28
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Məlumata görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.