Rusyada keçirilən futbol üzrə Dünya Çempionatı-2018-in bu gün daha iki 1/4 finalçısı məlum olacaq.
Modern.az xəbər verir ki, ilk olaraq meydana Braziliya və Meksika milliləri çıxacaqlar.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək.
Qeyd eək ki, bundan öncə keçirilən 1/8 final oyunları nəticəsində Uruqvay, Fransa, Rusiya və Xorvatiya milliləri adlarını 1/4 finala yazdırıblar.
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”
22:00. Belçika - Yaponiya
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”
30 iyun
Uruqvay - Portuqaliya - 2:1
Fransa - Argentina - 4:3
1 iyul
İspaniya - Rusiya - 1:1 pen-2:4
Xorvatiya - Danimarka - 1:1 pen-3:2