İyulun 2-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda 2018 -ci ilin 1 -ci yarısında BMAM -ın gördüyü işlər və həyata keçirdiyi vacib layihələr ətraflı müzakirə edilib. Ölkəmizin beynəlxalq imicinin dahada gücləndirilməsi istiqamətində Vətəndaş Cəmiyyətinin üzərinə düşən vəzifələr və 2018 -ci ilin 2 -ci yarısında BMAM -ın fəaliyyət planı müzakirə olunaraq, təsdiqlənib.
İclasda eyni zamanda, Mərkəzin eksperti Rəfail Becanov Azərbaycan Vətəndaş Cəmiyyəti qarşısındakı xidmətlərinə görə BMAM -ın fəxri fərmanına layiq görülüb.
Qeyd edək ki, Rəfail Becanov “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının baş redaktorudur.