Daxili İşlər Nazirliyi Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.