22-24 iyun tarixlərində Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib. Konfransın təşkilat üzvləri sırasında olan Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın elmi fəaliyyəti haqqında konfransın rəsmi saytında geniş məlumat verilib.
Adıçəkilən konfransda iştirak edən hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanovanın plenar iclasın əsas çıxışçısı kimi məruzəsi maraqla qarşılanıb və konfransın rəsmi saytına daxil edilib. Dosent Mehriban İmanova Yunanıstan, Fransa, Avstriya, Niderland və s. kimi ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil edib və bu ilin fevralında dünyanın elm məbədlərindən biri hesab olunan Kembric Universitetinin keçirdiyi konfransda da uğurla çıxış edib.
Hesablama riyaziyyatı kafedrasının digər əməkdaşı, АМЕА-nın müxbir üzvü, professor Vaqif İbrahimov isə Oksford Universitetinin 2019-cu ildə keçiriləcək konfrandında plenar iclasın əsas çıxışçısı kimi qeydə alınıb və məruzəsi ilə bağlı video çarx konfransın saytında yerləşdirilib.
Onu da qeyd edək ki, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva, professor Vaqif İbrahimov və Mehriban İmanova AMEA-nın müxbr üzvü, professor Yəhya Məmmədovun banisi olduğu Hesablama riyaziyyatı elmi məktəbinin yetirmələridir.