Modern.az

Braziliya Neymarla yeni rekorda imza atdı

Braziliya Neymarla yeni rekorda imza atdı

Aktual

2 İyul 2018, 21:09

Braziliya millisi Rusiyada keçirilən Mundialda yeni rekorda imza atıb. Modern.az xəbər verir ki, Meksika ilə qarşılaşmada Neymarın 51-ci dəqiqədə vurduğu qol tarixi rekordu müəyyənləşdirib.

Belə ki, bu qol Braziliya yığmasının dünya çempionatlarında vurduqları 227-ci qol olub.

Bununla da "Sambaçı"lar Mundial tarixində ən çox qol vuran komandaya çevrilib.

Buna qədər isə rekord 226 qol vuran Almaniyaya məxsus idi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı