Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.
Modern.az APA-ya istinadən məlumat verir ki, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.
***
Saat 19:10
Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.
Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, Bakının əksər yerlərində enerjinin verilişi yenidən dayandırılıb.