Modern.az

Marşrutlara sərnişinləri pulsuz daşıma göstərişi verildi - RƏSMİ

Marşrutlara sərnişinləri pulsuz daşıma göstərişi verildi - RƏSMİ

Aktual

3 İyul 2018, 19:30

Bu gün təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb. 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. 

İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.  

"Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı